Apasport saytından alınan məlumata görə, Icma.az bildirir. "Aşağı yaş qrupları üzrə millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil.
Çünki bu, artıq bizdə qlobal bir hal alıb". Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli çalışdırıcı futbol millilərimizin ardıcıl məğlubiyyətlərinə münasibət bildirib: "Futbolçu qıtlığı, onların çıxış etdikləri çempionatların səviyyəsinin aşağı olması, gənc oyunçuların beynəlxalq turnirlərdə az-az iştirak etməsi və ümumi infrastruktur - bütün bunların hamısı təbii ki, təsir göstərən amillərdir.
Çünki bizim azyaşlı futbolçular mötəbər turnirlərdə iştirak edərkən xarici ölkələrdən olan həmyaşıdlarından mənfi mənada seçilirlər.
Rəqiblərin ora hansı şəraitdə gəlməsi aşkar hiss olunur. Ona görə də, bu, qlobal bir problemdir.
Hər il deyirik ki, bu nəsil gedib yeni nəsil gələcək, amma gənc nəsil köhnədən də pis olur.
Düşünürəm ki, futbolumuzun gələcəyi ilə bağlı yeni strategiya yaradılacaq.
Aşağı yaş qruplarına diqqət yetirmək çox vacib bir məsələdir.” Əsədov əsas millimizin Estoniyaya qarşı keçirəcəyi matç barədə düşüncələrini də bölüşüb: “Bu, yığmamız üçün çox vacib bir oyundur.