Arif Əsədov: “Bu üstünlük kağız üzərindədir

05.08.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Mərhələ keçdikcə rəqiblərin də səviyyəsi artır və bu, auksiomadır. Artıq bu raundda zəif komanda olmur. Hər bir kollektiv müəyyən keyfiyyətə malikdir və təsadüfi olaraq bura qədər irəliləmir. Ona görə də "Sabah"ı kifayət qədər çətin iki oyun gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada "Orhus"la qarşılaşacağı matç haqda fikirlərini bölüşüb:
"Danimarka futbolu həm milli, həm də klub səviyyəsində uzun illərdir Avropada öz sözünü deyən futbol məktəblərindən biridir. Buna baxmayaraq, "Sabah"ın da öz üstün cəhətləri var. Hazırkı oyun formasını və kollektivin potensialını nəzərə alsaq, Azərbaycan təmsilçisinin şanslarını 60/40 nisbətində bir qədər üstün qiymətləndirmək olar. Ancaq bu üstünlük kağız üzərindədir və meydanda bunu təsdiqləmək üçün maksimum səviyyədə oynamaq lazım gələcək. İlk oyunun səfərdə keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Komanda Danimarkadan sərfəli nəticə ilə qayıda bilsə, Bakıda doğma azarkeşlərin dəstəyi altında cavab görüşündə mərhələni adlamaq şansını xeyli artıracaq. Əksinə, səfərdə alınacaq uğursuz nəticə işi çətinləşdirə bilər. Ona görə də "Sabah" ilk dəqiqələrdən etibarən ağıllı, intizamlı və səbirli futbol nümayiş etdirməli, cavab qarşılaşması üçün özünə əlverişli zəmin yaratmalıdır".
Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью