Arif Əsədov DÇ 2026 favoritlərini açıqladı

11.06.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Turnirin favoritləri sırasında ilk növbədə son illərdə böyük turnirlərdə uğurlu çıxış edən komandaları göstərmək olar". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis dünya çempionatını qazana biləcək favoritinin adını da vurğulayıb:
"Mənim favoritim Portuqaliya yığmasıdır. Bundan əlavə, Brazilya, Argentina, İspaniya və Fransa də əsas namizədlər sırasındadır. Bir çox analitiklər hazırda xüsusilə İspaniya və Fransanı ön plana çıxarırlar, lakin dünya çempionatlarında hər şey turnirin gedişində formalaşır və sürprizlər həmişə mümkündür. Hansı gənc futbolçunun parlayacağını indidən dəqiq söyləmək çətindir. Bunun üçün turnirin ilk oyunlarını gözləmək lazımdır. Ancaq Lamin Yamal hazırkı forması ilə diqqət mərkəzindədir və mundialda da özünü ən yaxşı şəkildə göstərə biləcək oyunçulardan biridir. Bundan başqa, gənc istedadlar arasında Endrik, Arda Güler və Joa Neves kimi futbolçuların da adları çəkilir".

Əsədov Afrika yığmalarından sürpriz gözlədyini də söyləyib:

"Sürpriz komandalara gəlincə, Afrika təmsilçilərindən hər hansı birinin gözlənilməz nəticələr əldə etməsi mümkündür. Xüsusilə Əlcəzair kimi yığma komandalar böyük turnirlərdə rəqiblərə çətin anlar yaşada biləcək potensiala malikdirlər. Dünya çempionatlarının gözəlliyi də məhz bundadır ki, favoritlərdən başqa komandalar da tarix yaza bilirlər".
Qeyd edək ki, tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı bu gün start götürəcək. Mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən "Asteka" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью