Arif Əsədov: Hesab matça görə deyildi

28.08.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" dünən UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab matçında 1:4 hesabı ilə məğlub olub və avrokubokla vidalaşıb.

Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb "köhlənlər"in məğlubiyyətinin səbəblərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çox təəssüf ki, son dəqiqələrdə qələbə əldən çıxdı. Amma bu futboldur. Yaxşı günləri də, acı günləri də olur. Bu cür hadisələrdən sonra komandada xarakter formalaşır. Nəyin düz və səhv olduğun məşqçilər görür. Özləri də analiz aparıb kollektivin inkişafına şərait yaradırlar. Məğlubiyyətin səbəblərindən biri, aparıcı futbolçuların getməsi və yeni oyunçuların gəlməsidir. Hələ adaptasiya dönəmindən keçdikləri hiss olunur. "Qarabağ"ın özünün oyun üslubu var idi ki, indi həmin tərzdə matç nümayiş etdirməyə vaxt lazımdır. Digər təsir edən amil isə ikinci hissədə məcburi əvəzetmələr baş verdi və bu da mövqe dəyişikliklərinə səbəb oldu. Belə olanda da, oyun intizamı bir qədər pozuldu. "Qarabağ" artıq tam irəli atılmışdı. Açıq futbol nümayiş etdirirdi. Əlavə olunmuş dəqiqələrdə alınan qırmızı vərəqə də işləri korladı. Nəticə bu şəkildə alındı. Əslində hesab matça görə deyildi".

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью