Arif Əsədov: “Lixtenşteyn arzuladığımız rəqiblərdən biridir”

01.10.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Azərbaycan futbol millisi Lixtenşteyn üzərində rahat qələbə qazanmaq istəyirsə, matçın ilk dəqiqələrində hesabı açmalıdır”.

Bunu Azərbaycan futbol millisinin və “Sabah”ın sabiq çalışdırıcısı Arif Əsədov deyib.

56 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb.

“Lixtenşteyn arzuladığımız rəqiblərdən biridir. Həm fərdi futbolçu, həm də komanda olaraq onlardan xeyli üstünük. Bu səbəbdən qələbə qazanmaq son dərəcə əhəmiyyətlidir. Qalib gəlmək turnir cədvəlində liderliyə yüksəlmək baxımından da böyük önəm daşıyır. Yığmamıza bugünkü matçda mütləq qələbə lazımdır. Bu hədəfə asanlıqla çatmaq istəyiriksə, oyunun ilk dəqiqələrində topu rəqibin qapısından keçirməliyik. Bu baş verərsə, qarşı tərəfin qapalı müdafiə xəttini yarmaq daha asan olacaq. Amma vaxt keçdikcə bizim üçün müəyyən çətinliklər yarana bilər”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

A.Əsədov baş məşqçi Ayxan Abbasovun heyətdə bəzi dəyişikliklər edə biləcəyini söyləyib:

“Heyətdə müəyyən yeniliklər baş verə bilər. Milli komandanın bugünkü görüşdə qalib gələcəyinə inanıram. Rahat qalibiyyət əldə edərək Litva ilə növbəti matça hazırlaşmaq lazımdır”.

Xatırladaq ki, D Liqasının ikinci qrupunun qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью