Arif Əsədov: “Neftçi” “Qarabağ”la mübarizə aparmağa hazır deyil”

02.12.2024

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Maraqlı və gərgin matç alındı. Xüsusilə oyunun ilk dəqiqələrini qeyd etmək lazımdır”.

Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis “Neftçi” - “Qarabağ” matçını dəyərləndirib: “Hiss olunurdu ki, “Neftçi” görüşə yaxşı hazırlaşmışdı, xal qazanmaq istəyirdi. Azarkeş dəstəyi də möhtəşəm idi. Lakin “Qarabağ”ın vurduğu qol oyunun sınma nöqtəsi oldu. 2 və 3-cü qollar isə “Neftçi”nin ruhdan düşməsinə gətirib çıxardı. Baxmayaraq ki, ağdamlılar əsas heyətlə oynamırdı, yenə də “Qarabağ” “Qarabağ”dır. Komanda layiqli qələbə qazandı. Təbii ki, “Neftçi”də baş məşqçi yenidir. Heyətlə bağlı axtarışlar gedir. Samir Abasov oyun sxemini tapmağa çalışır. Nəinki “Neftçi”, digər klublarımız da “Qarabağ”la mübarizə aparmağa hazır deyil”.

Qeyd edək ki, “Neftçi” öz meydanında “Qarabağ”a uduzub - 0:3. 

İsmayıl Xeyrullayev

Avropa çempionatı: U-19 yığmamız seçmə mərhələdə son oyununa çıxır Millimiz Rusiya yığmasına qarşı - YENİLƏNİR “Neftçi” – “Qarabağ” matçında rekord Volkov 50-ci qolunu vurub “Neftçi”də 20-ci böyükhesablı məğlubiyyət
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью