Arif Əsədov “Neftçi”yə təyinatı barədə danışdı

04.11.2024

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Arif Əsədovun “Neftçi”nin baş məşqçisi olacağına dair iddiaların sayı artıb.

Mütəxəssis bu barədə apasport.az saytına açıqlama verib. 

“Yazılanlardan xəbərdaram. Lakin real bir şey yoxdur. Bu səbəbdən də nəsə demək istəməzdim. Bir “Neftçi”li, “Neftçi” yetirməsi kimi, hər zaman klubun uğurlarını arzulamışam. Həmişə ən yüksəklərdə olmasını istəmişəm. Yenə də “ağ-qaralar” üçün ən yaxşısını ümid edirəm”.

Qeyd edək ki, "Neftçi" ötən günlərdə Roman Qriqorçukla müqaviləyə xitam verib.

Yeqor Xvalko: "Kəpəz" təzyiq altında xal qazanır" - Müsahibə Millimizin üzvünə İsveçdən təklif var Şahin Diniyevin xələfi kim olacaq? - Namizədlər bəllidir III turdan təxirə salınan oyunun təyinatları açıqlanıb "Sabah" "Kəpəz"lə matça itki ilə çıxacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью