Arif Əsədov: “Qarabağ”dakı eniş geridə qalıb”

27.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” sabah UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Fransanın “Lion” komandasıyla üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Millinin məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Rəqib güclüdür. Bu baxımdan “Qarabağ”ı çətin oyun gözləyir. Lakin “Bodo-Qlimt” üzərində qazanılan qalibiyyətdən sonra komandada özünə inam yarandı. Bu da “Lion” üzərində qələbə qazanmağa əminlik yarada bilər. Hesab edirəm ki, “Qarabağ”dakı eniş geridə qalıb və bu oyunda qələbə qazanacağına inanıram. Ən pis halda isə heç-heçə gözləyirəm.

Son vaxtlarda “Qarabağ”ın rəqibin cərimə meydançasında etdiyi pressinq öz bəhrəsini verir. Düşünürəm ki, “atlılar” yenə də bu oyun stilindən istifadə edə biləcək. Çalışacaq ki, rəqibi öz zonasında təzyiq altında saxlasın və də rəqibi səhv etməyə məcbur etsin. Hansı ki, “Bodo-Qlimt”ə qarşı bunu bacardılar. Uğurlar arzulayıram. İnanıram ki, 3 xal “Qarabağ”ın olar və qrupdan çıxmaq üçün yaxşı şans yaranar”.

Mirkamal

Əsas xəbərlər, Ölkə futbolu Arif Əsədov: “Həmin strategiyadan hansı yolu tutacağımız müəyyən olacaq”

19 Noyabr 2024, 11:50

Əsas xəbərlər, Ölkə futbolu “Vacibdir ki, ilk dəqiqələrdən hesabı açaq” – Arif Əsədov

13 Noyabr 2024, 20:52

Əsas xəbərlər, Layihə, MEDİA, Ölkə futbolu Futbolumuzun inkişaf strategiyası: nələrə diqqət edilməlidir?

20 Oktyabr 2024, 18:29

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi”dən təklif almamışdım, Abasova uğurlar arzu edirəm”

14 Oktyabr 2024, 12:06

Əsas xəbərlər, Ölkə futbolu Turun dəyərləndirməsi: “İstəkli “Neftçi” görə bilmirik”

16 Sentyabr 2024, 14:38

Əsas xəbərlər, Manşet, Premyer liqa “Turan Tovuz”un birinci sırada yer alması sürpriz görünə bilər,

2 Sentyabr 2024, 14:52

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью