Arif Əsədov: “Qələbə inamı artıracaq”

03.06.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İlk növbədə millimizə Malta və San Marino ilə keçiriləcək oyunlarda uğurlar arzulayıram. İnanıram ki, yığmamız hər iki qarşılaşmadan qələbə ilə ayrılacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis millimizin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarından gözləntilərini bölüşüb:
"Komandamızın və futbolçularımızın buna gücü çatır. Bu görüşlər sentyabrda başlayacaq Millətlər Liqası öncəsi son yoxlama oyunları olacaq. Ayxan Abbasov qələbə qazanaraq milli komandada ruh yüksəkliyini artırmağa çalışacaq. Hər qələbə komandanın özünəinamını yüksəldir. Düşünürəm ki, baş məşqçi həm heyət seçimi, həm də taktiki baxımdan müxtəlif variantları sınaqdan keçirəcək. Belə yoldaşlıq görüşləri məşqçilər üçün böyük əhəmiyyət daşıyır. Onlar hazırlıq prosesində düşündüklərini məhz bu oyunlarda tətbiq etmək imkanı qazanırlar. Futbolçular artıq uzun müddətdir birlikdədirlər və hər iki qarşılaşma komanda üçün faydalı olacaq. Əlimizdə olan futbolçu potensialı əsasən bundan ibarətdir. Heyətdə sürpriz adlar yer almadı, baş məşqçi daha çox yaxından tanıdığı futbolçulara üstünlük verdi. Düzdür, aparıcı oyunçularımızın bir qismi oyun praktikası baxımından müəyyən çətinliklər yaşayır. Bununla belə, uzunmüddətli təlim-məşq toplanışı onların xeyrinə olacaq. Hər bir futbolçu əlindən gələni edəcək ki, komanda həm bu oyunlarda qalib gəlsin, həm də Millətlər Liqasında uğurlu çıxış etsin".
Qeyd edək ki, Malta ilə matç iyunun 5-də, San Marino ilə görüş isə 9-da baş tutacaq. Qarşılaşamalar Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью