Arif Əsədov: Sabah Neftçi matçı intriqalı keçəcək | Icma.az
Icma.az bildirir, sport24.az portalına istinadən. "Azarkeşləri Azərbaycan Kubokunun yarımfinal mərhələsində maraqlı oyunlar gözləyir.
Bu dörd komandadan başqa "Turan Tovuz" da yarışı izləyir. Onların avrokuboklara vəsiqə qazanması kubokdakı komandaların çıxışından asılıdır"
Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis ilk olaraq "Qarabağ" - "Araz-Naxçıvan" dueli ilə (ilk oyun 0:1) bağlı danışıb: "1:0-lıq qələbədən sonra üstünlük Naxçıvan təmsilçisində görünür.
Amma "Qarabağ"ın da bu matça daha ciddi yanaşdığını bilirik. Son çempionat görüşlərinə stabil heyətlə çıxmaqları bunu göstərir.
Məncə, şansları bərabər qiymətləndirmək olar. Ağdamlıların ev üstünlüyü də var. Amma kubokda hər zaman nəticələri bilmək olmur.
Qarşılaşmanın gedişatından çox şey asılı olacaq". A. Əsədov "Sabah" - "Neftçi" görüşünün (ilk oyun 2:1) daha çox maraq doğrurduğunu söyləyib
Çünki komandaların taleyi kubokdan asılıdır. "Sabah" səfərdən qələbə ilə ayrılıb.
Tam oxu
Xəbəri oxu