Arif Əsədov Tovuzda keçirilən oyunda nəyi bəyənib?

29.03.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Turan Tovuz" - "Qarabağ" oyunu gözlənildiyi kimi keyfiyyət, sürət və prinsipal baxımdan maraqlı oldu". Bu sözləri Sport24.az saytına açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - Qarabağ" oyunu barədə fikirlərini bölüşüb:
"Bu mövsüm "Qarabağ" tovuzlulara qalib gələ bilməmişdi. "Turan Tovuz"a isə ən azından bir xal da kifayət edərdi ki, avrokuboklar zonasından geri düşməsin. Matçın başlanğıcı gərgin alındı. Hər iki komanda istəkli idi. Meydan sahibləri müdafiədə səhvlər buraxırdı. "Qarabağ" 3-cü qolu vurandan sonra oyunun taleyi həll olundu. Ən əsası möhtəşəm azarkeş dəstəyini qeyd etmək lazımdır".
Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" oyunu qonaqların 1:4 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью