Arif Hacılının oğlu ABŞ də saxlanıldı

24.09.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-də həbs edildiyi bildirilir.

“AzPolitika” xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, Arif Hacılı oğlunun və gəlininin saxta sənəd taktikasından istifadə etməklə ABŞ-da məskunlaşmasına kömək göstərib.

Orxan və Yaqut Hacılı bütün cəhdlərə baxmayaraq, ABŞ-da oturum icazəsi ala bilməyiblər. Onlar ölkədən çıxmaq öhdəliyi götürsələr də, bu tələbə əməl etməyib və ABŞ ərazisində qeyri-qanuni qalmağa davam ediblər.

Məlumatda qeyd edilib ki, Hacılılar ABŞ-nin aidiyyəti qurumlarına saxta sənədlər təqdim edib, siyasi fəaliyyətləri barədə təhrif olunmuş məlumatlardan ibarət dosye hazırlamaqla oturum hüququ qazanmağa çalışıblar. ABŞ miqrasiya orqanlarının araşdırması zamanı təqdim edilən sənədlərlə real vəziyyət arasında ciddi ziddiyyətlər üzə çıxıb. Bundan sonra Orxan Hacılı və Yaqut Hacılı həbs edilib.

"Mənbə bildirir ki, Arif Hacılı oğlunun və gəlininin həbsindən sonra xaricdəki havadarlarının imkanlarından yararlanmağa çalışıb. O, müxtəlif xarici təşkilatlara və ayrı-ayrı şəxslərə müraciət edib. Nəticədə külli miqdarda vəsait girov qoyulub və onların müvəqqəti azadlığa çıxmasına nail olunub.

Lakin girov müqabilində azadlığa buraxılmaları ittihamların aradan qalxması və ya işə xitam verilməsi demək deyil. Orxan və Yaqut Hacılı barədə məhkəmə prosesi davam edir. Onların ABŞ-dan deportasiya olunması ehtimalı da qüvvədə qalır", - sayt yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью