Arif Hacılının ölkədən çıxışına “stop” qoyuldu

23.06.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Müsavat Partiyasının başqanı Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.

Gununsesi.info bildirir ki, bu barədə o öz facebook hesabında paylaşım edib:

“Bu gün Vyanaya səfərim var idi.

Bu şəhərdə Azərbaycanın iqtidar, müxalifət nümayəndələrinin, Milli Məclis üzvlərinin iştirakı ilə əvvəllər də keçirilmiş, Cənubi Qafqaz regionuna dair məsələlərin  müzakirə olunacağı tədbirə dəvət almışdım.

Yenə həmin şəhərdə  iyul ayının 3-4 də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE nin növbəti Konqresində iştirak edəcəkdim.

Hava alanının sərhəd xidməti mənə heç bir əlavə məlumat vermədən ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi.

Qadağanın hansı qurum tərəfindən, hansı səbəbə görə qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью