Arif Kazımov: Ölkəmiz, onun rəngarəngliyi, hər bir bölgənin unikallığı mənə ilham verdi | …
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 aprel, AZƏRTAC Bəzən bir ideya nəinki qavrayışı dəyişdirə bilər, həm də millətə, sözün əsl mənasında, toxunmağı arzu etdiyi rəmzi hədiyyə edə bilər.
İncəsənət, vətənpərvərlik və canlı yaddaşın birləşdiyi unikal layihə beləcə yarandı.Həmsöhbətimiz, ABAD layihəsinin iştirakçısı Arif Kazımov Azərbaycanın qeyri-adi xəritələrini hazırlayıb ki, burada hər bir rayon həmin ərazilərdən toplanan torpaqla təmsil olunur.
O, qardaşı və dostları ilə birlikdə ölkəni gəzərək xəritəyə həyat vermək üçün diqqətlə torpaq parçalarını seçib.
Bu xəritələrdəki həmin ərazilər, vaxtilə işğal altında olan torpaqlar da Azərbaycanın hər yerindən götürülən qarışıqla doldurulub.
Ustad bu yolla onları birlik, ümid və qayıdışa sonsuz inam rəmzinə çevirib.Beləcə, əvvəllər mövcud olmayan, nəinki görülə, həm də əl və ürəklə hiss edilə bilən bir xəritə ərsəyə gəldi.
Bu, təkcə suvenir və ya daxili bəzək deyil, eyn zamanda, Vətənin torpaqdan toxunmuş canlı rəmzi, sevgisi, dərin mənasıdır.Vətənpərvərlik sənətlə iç-içə olanda, meydana gələn təkcə məhsul deyil, həm də simvollar olur.
— Arif, Azərbaycanın xəritəsini belə qeyri-adi və maraqlı üslubda təqdim etmək ideyası necə yaranıb?— Bilirsən, mən çox vaxt gecələr yatmıram və ən parlaq, ən ruhlandırıcı fikirlər elə sükut saatlarında gəlir.
Tam oxu
Xəbəri oxu