Arif Qazıyevin həyat yoldaşı vəfat etdi

18.03.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aktrisa, rejissor-pedaqoq Nəzakət Qazıyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının üzvü, professor N.Qazıyeva 86 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, N.Qazıyeva uzun illər pedaqoq kimi fəaliyyət göstərib, bir neçə film və tamaşada aktrisa kimi yer alıb.

O, mərhum rejissor, “Şöhrət” ordenli Arif Qazıyevin həyat yoldaşı idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью