Icma.az, sport24.az portalına istinadən məlumat verir. "Qrupa baxanda görünür ki, favorit Portuqaliya millisidir".
Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov U-21-in Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri haqda danışarkən bildirib.
Əsədov hazırda baş məşqçisiz qalan ümid yığmasının yer aldığı B qrupunu dəyərləndirib: "Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq və Azərbaycan yığması 2-ci və 5-ci yer uğrunda mübarizə aparmaq gücündədir.
Bu baxımdan rəqibləri tam analiz edəndən sonra fikir bildirmək olar.
Amma bütün rəqiblərlə mübarizə aparıb xal almaq mümkündür".
Qeyd edək ki, 2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.
Avropa çempionatının final mərhələsi 2027-ci ildə Serbiya və Albaniyada təşkil olunacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.