Arılardan qaçmaq üçün çata girdi, boğulub öldü

07.02.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Arılardan qaçmaq üçün çata girdi, boğulub öldü. Kolumbiyada arı sürüsündən qaçmağa çalışan adam boğulub. AzPost Need To Know kanalına istinadla xəbər verir ki,  Boqota şəhərində (Kolumbiya) 70 yaşlı kişi Afrika arıları sürüsündən qaçmağa çalışarkən çayda boğulub.

“Qatil arılar” kimi də tanınan Afrika bal arıları Sesilio Laqares Lopezə adlı kişi küçədə gedərkən ona hücum ediblər. Qoca arıların əlindən qaça bilməyib və çaya girərərk onlardan xilas olmaq qərarına gəlib. Arılardan qaçmaq üçün o, suya tullanıb və çay onu aparıb.

Hadisə şahidləri xilasetmə xidməti çağırıb. Bir gündın sonra Lopesin cəsədi çaya atıldığı yerdən cənubda tapılıb.

Qeyd edəkki, Lopez arı hücumunun yeganə qurbanı deyil. Boqota sakinlərinin əksəriyyəti həşəratlardan xilas ola bilsə də, bir neçə nəfər hələ də xəstəxanada yatır.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью