Arılardan uşaq düşərgəsinə HÜCUM

29.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Primorye diyarında yerləşən "Okean" uşaq düşərgəsinin ərazisinə arılar hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, sağlamlıq düşərgəsinin ərazisində eyni anda beş arı yuvası aşkarlanıb. Uşaqlar üçün təhlükə yarandığından düşərgə rəhbərliyi xilasedicilərə müraciət edib.

Hadisə yerinə gələn mütəxəssislər arıları ərazidən uzaqlaşdırıb, yuvaları isə zərərsizləşdiriblər. Əməliyyatdan sonra düşərgənin fəaliyyəti adi qaydada davam etdirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью