Arıqladan, görməni və potensiyanı yaxşılaşdıran TƏRƏVƏZ | Icma.az
Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Balqabaq Şimali Amerika tərəvəzi hesab olunur.
Lakin mühacirlər qitəyə gəlməzdən xeyli əvvələ qədər balqabaq hindi masasında əsas məhsullardan biri idi.
Onlar yetişdirdikləri balqabaq dilimlərini qış uzunu tonqallarda qızardıb yeyirdilər.
Azertag.az bildirir ki, arxeoloji qazıntılar nəticəsində balqabağın 5 min ildən çox yaşı olduğu aşkar edilib.
Amerikada daha əvvəllərdən becərilən həmin tərəvəzi Avropaya İlk dəfə ispan dəniz səyyahları gətirib.
Qədim Roma və Yunanıstan əhalisi onun qurudulmuşundan su və şərab qabı kimi istifadə edirdilər.
Qulluğa az ehtiyacı olduğuna və dəriləndən sonra uzun müddət qaldığına görə əhali onu bəyənərək becərməyə başlayıb.
Balqabaq təkcə zahiri görünüşü ilə deyil, bostan bitkisi kimi də qarpızla yemişin arasında yer tutur.
Tam oxu
Xəbəri oxu