Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son vaxtlar insanlar arıqlamaq üçün rahat yollara üz tutmağı üstün tuturlar.
Onlardan biri də arıqlama çayları və kofeləridir.
Mütəxəssislər dəfələrlə bu barədə xəbərdarlıq etsələr də, insanlar yenə də bu məhsullara üz tuturlar.
Gununsesi.info -ya danışan qida dietoloq Validə Şıxıyeva qeyd edib ki, arıqlama çayları insan səhhəti üçün ciddi risklər daşıyır.
O bildirib ki, bu çaylar tez-tez həzm sistemi problemlərinə səbəb olur.
“Mədə və bağırsaq fəaliyyətini pozaraq qəbizlik və ya ishal yarada bilər. Arıqlama çayları ürək ritmini sürətləndir və təzyiqi dəyişdirə bilər. Uzun müddət istifadə edildikdə böyrək və qaraciyər funksiyasına mənfi təsir göstərir. Bəzi çaylarda həddindən artıq kafein və bitki ekstraktları olur ki, bunlar dəhidratasiya və yorğunluq yarada bilər. Arıqlama çayları müvəqqəti və təhlükəli həll yoludur”.
Dietoloq sağlam və davamlı arıqlama üçün balanslı qidalanma və fiziki aktivliyi tövsiyə edir.
Onu da qeyd edək ki, ötən gün müğənni Şəbnəm Tovuzluda arıqlama dərmanı istifadəsi səbəbindən səhhətində problem yaranıb.
Banu