Arıqlama dərmanı ilə bağlı qorxulu XƏBƏRDARLIQ

24.07.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Avstraliyanın Terapevtik Məhsullar İdarəsi (TGA) 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, qurumun məlumatına görə, bu dərmanlar nadir hallarda "arteritik olmayan ön işemik optik neyropatiya" (NAION) adlı göz xəstəliyinə səbəb ola bilər. 

Xəstəlik daimi görmə pozğunluğu, hətta korluqla nəticələnə bilər və hazırda görməni bərpa edən təsdiqlənmiş müalicə üsulu yoxdur.

Məlumata görə, NAION görmə sinirinə qan axınının pozulması nəticəsində yaranır. Xəstəlik adətən səhər oyanarkən, ağrı olmadan qəfil görmə itkisi ilə özünü göstərir və əksər hallarda geri dönüşü mümkün olmur. 

TGA indiyədək GLP-1 preparatlarının istifadəsi ilə əlaqəli 36 NAION hadisəsinin qeydə alındığını açıqlayıb.

Qurum GLP-1 preparatlarından istifadə edən şəxslərə hər hansı görmə itkisi hiss etdikləri halda dərmanın qəbulunu dərhal dayandırmağı və təcili tibbi yardım almağı tövsiyə edib.

Qeyd edək ki, GLP-1 preparatları qanda şəkərin səviyyəsini və iştahı tənzimləyən hormonu təqlid edir. Bu preparatlar əsasən 2-ci tip diabetin müalicəsində, həmçinin piylənmənin idarə olunmasında istifadə olunur.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью