Arıqlama dərmanları ərzaq xərclərini 1,3 milyard dollar azaldıb

20.11.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Böyük Britaniyada "Wegovy" kimi arıqlama dərmanlarından istifadənin artması istehlakçıların qida alış-verişinə də təsir göstərib.

Banco.az xəbər verir ki, nəticədə ölkədə illik ərzaq xərcləri 1 milyard funt sterlinqdən (təxminən 1,3 milyard dollar) çox azalıb.

"Worldpanel" şirkətinin Numerator tərəfindən açıqlanan araşdırmasına görə, GLP-1 qrupuna aid dərmanlardan istifadə edən şəxslərin olduğu ev təsərrüfatları müalicəyə başladıqdan sonrakı bir il ərzində ümumilikdə 415 milyon ədəd az qida məhsulu alıblar. İyun ayında açıqlanan əvvəlki araşdırmada bu göstərici 300 milyon məhsul təşkil edirdi.

Şirkətin proqnozuna əsasən, 2027-ci ilədək Böyük Britaniyada hər 10 ev təsərrüfatından birindən çoxunda GLP-1 dərmanlarından istifadə edən şəxs olacaq. Hazırda bu göstərici 8,5%-dir.

Worldpanel-in Dövlət Sektoru və Qidalanma üzrə rəhbəri Şantel Kennaugh bildirib ki, bu dəyişiklik müvəqqəti tendensiya deyil və pərakəndə satış şirkətləri ilə istehsalçıların strategiyalarını yenidən nəzərdən keçirməsini tələb edir.

Artıq supermarket şəbəkələri də yeni istehlak vərdişlərinə uyğunlaşmağa başlayıb. Morrisons və Tesco GLP-1 istifadəçiləri üçün kiçik porsiyalı, zülalla zəngin yeməklər təklif edir. Boots isə həzm sağlamlığına yönəlmiş məhsulların çeşidini genişləndirir.

Araşdırmada diqqət çəkən digər məqam isə qənaət edilən vəsaitin başqa sahələrə yönəldilməsidir. Belə ki, GLP-1 istifadəçiləri sağlamlıq və gözəllik məhsullarına Worldpanel-in proqnozlaşdırdığından 78 milyon funt sterlinq daha çox xərcləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью