Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Əhalinin böyük hissəsinin piylənmədən əziyyət çəkdiyi ABŞ-da arıqlama dərmanlarına hər il milyonlar xərclənir.
Avtosfer.az xəbər verir ki, CNBC televiziyasının araşdırması bu dərmanlarla aviaşirkətlərin xərcləri arasında əlaqəni aşkara çıxarıb. Əslində burada təəccüblü heç nə yoxdur. Aviasiyanın təşəkkül tapdığı dövrdən belə bir qızıl qayda var: təyyarə detalı maksimum yüngül olmalıdır ki, yanacağa qənaət edilsin.
Tədqiqata görə, sərnişinlərin çəkisi 10 faiz azalarsa, təyyarənin start kütləsi də 2 faiz azalacaq. Bu da yanacağa 1,5 faiz qənaət etməyə imkan verəcək.
Avtomobildən fərqli olaraq təyyarədə 1,5 faiz pul və həcm etibarı ilə çox böyükdür. Beləliklə, əhalinin kütləvi şəkildə arıqlaması ABŞ aviaşirkətlərinin hər il yanacağa 580 milyon dollar qənaət etməsinə və bu yolla xalis mənfəəti 4 faizədək artırmağa imkan verəcək.
Vüqar Yaşaroğlu
Oxunub 58