Arıqlama dərmanlarından 100 dən çox adam ölüb Bu ÖLKƏDƏ

06.08.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniyada arıqlamaq üçün istifadə olunan məşhur preparatlarla əlaqələndirilən 100-dən çox ölüm halı qeydə alınıb. Həmçinin təxminən 150 min pasiyent bu dərmanların yan təsirləri ilə bağlı şikayət edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyada arıqlama preparatlarından istifadə edən pasiyentlər tərəfindən ümumilikdə 150 minə yaxın yan təsir şikayəti qeydə alınıb və 100-dən çox ölüm halı bu dərmanlarla əlaqələndirilib.

Bununla belə, nəşr vurğulayır ki, qeydə alınan ölüm halları mütləq şəkildə preparatların təsiri nəticəsində baş verməyib. Bildirilir ki, bu hallar pasiyentlərdə mövcud olan və ya əvvəllər diaqnoz qoyulmamış yanaşı xəstəliklərlə də bağlı ola bilər.

Qəzetin məlumatına əsasən, ən çox şikayət tirzepatid tərkibli Mounjaro preparatı ilə bağlı qeydə alınıb. Bu preparat üzrə 100 mindən çox müraciət daxil olub. Onlardan təxminən 10 mini ciddi yan təsir kimi qiymətləndirilib, 98 ölüm halının isə bu preparatla əlaqəli ola biləcəyi bildirilir.

Bundan başqa, semaqlutid tərkibli Wegovy preparatı ilə bağlı 44 min şikayət qeydə alınıb. Nəşrin məlumatına görə, bu preparat təxminən 37 ölüm halı ilə əlaqələndirilir.

Liraqlutid tərkibli Saxenda preparatı ilə bağlı isə 3 minə yaxın şikayət daxil olub və onun 18 ölüm halı ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

The Times yazır ki, bu preparatların istehsalçıları olan Eli Lilly və Novo Nordisk şirkətləri pasiyent təhlükəsizliyinin onlar üçün prioritet olduğunu bildirib və yan təsirlərlə qarşılaşan şəxsləri bu barədə tibb işçilərinə məlumat verməyə çağırıblar.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью