Arıqlama iynələri effeklidir? Kimlərə olmaz?

20.05.2025

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Türkiyəli Endokrinologiya və Metabolik Xəstəliklər Mütəxəssisi Hakan Düğer arıqlama iynələri ilə bağlı xəbərdarlıq edib.


Medicina.az xəbər verir ki, Hakan Düğer bu dərmanların yalnız həkim nəzarəti altında və həyat tərzi dəyişiklikləri ilə birlikdə istifadə edilməsi lazım olduğunu vurğulayıb.

O, xalq arasında “arıqlama iynələri” olaraq bilinən bu iynələrin əslində piylənmə və şəkər xəstəliyinin müalicəsində istifadə edilən dərmanlar olduğunu deyib.

Kimlər istifadə edə bilər?

Bədən kütləsi indeksi (BMI) 30-dan yuxarı olanlar (obez insanlar)

27-dən yuxarı BMI və müşayiət edən xəstəlikləri olanlar (2-ci tip şəkərli diabet, hipertoniya, yüksək xolesterin, yuxu apnesi, qaraciyər yağlanması və s.)

Kimlər qətiyyən istifadə etməməlidir?

Hamilə və əmizdirən analar

Bu dərmanlara allergiyası olanlar

Pankreatit (mədəaltı vəzinin iltihabı) keçmişk olanlar

Tiroid medulyar xərçəngi olan şəxslər və ya ailədə bu diaqnozu olanlar


Dərman vasitələrinin əsas işi;

Bağırsaq hormonlarının təsirini uzatmaqla işləyir: Beyindəki iştah mərkəzini boğur,

Mədənin boşalmasını ləngidir və toxluq hissini uzadır.

Yan təsirləri:

Bulantı, şişkinlik, reflü, həzmsizlik, qəbizlik və ya ishal, zəiflik, baş ağrısı, nadir hallarda ürək döyüntüsü

Doktor Düğer zülal və liflə zəngin qidalardan istifadə etməyi və sadə karbohidratlardan uzaq durmağı tövsiyə edib.

Aygün

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью