Arıqlama qəhvələrinin sirri açıldı: içində görün nələr var?! | Icma.az
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son aylarda internet platformalarında sürətlə yayılan “arıqlama qəhvələri” ilə bağlı ciddi narahatlıqlar artır.
Sosial şəbəkələrdə geniş reklam edilən, qısa müddətdə çəki itirmə vəd edən bu məhsulların tərkibi və sağlamlığa təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edirlər.
“Yeni Sabah” xəbər verir ki, onlayn mağazalarda tez-tez “100% təbii”, “əsk təsirsiz”, “sürətli təsir” kimi şüarlarla satılan qəhvələrin əksəriyyətinin tərkibi məlum deyil və laboratoriya nəzarətindən keçmir.
Bir çox ölkədə aparılan yoxlamalar göstərir ki, bəzi arıqlama qəhvələrinin tərkibində gizli şəkildə güclü sidikqovucular, hormon balansını pozan maddələr, hətta bəzi yerlərdə dərman təsiri olan, reseptlə satılmalı komponentlər aşkarlanıb.
Bu maddələr ürək ritm pozuntuları, yuxusuzluq, yüksək təzyiq, qaraciyər zədələnməsi, elektrolit balansının pozulması kimi təhlükəli nəticələrə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, istehlakçıların ən çox üzləşdiyi problem məhsulun təsirinin sürətli görünməsi ilə yaranan yanlış güvəndir.
Sidikqovucu və metabolizmanı süni şəkildə sürətləndirən maddələr ilk günlərdə çəki azalmasına səbəb olsa da, bu, yağ itkisindən çox bədənin maye itirməsidir.
Tam oxu
Xəbəri oxu