Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.
Arıqlamağa kömək edən çörək kəşf edildi Çovdar çörəyi arıqlamaq və xolesterini azaltmaq istəyən insanlar üçün ideal seçimdir.
BAKU.WS xəbər verir ki, bu barədə aparılan araşdırmanın nəticəsi "Express" nəşrində dərc olunub.
Məqalədə qeyd olunur ki, çovdar çörəyi sağlamlıq üçün faydalıdır, çünki tərkibində yağ azdır.
Bundan əlavə, bu çörəyin tərkibində olan lif həzm prosesini yaxşılaşdırır və toxluq hissini daha uzun müddət qoruyur.
Həmçinin çovdar çörəyinin istifadəsi "pis" xolesterin səviyyəsini azalda bilir, bu isə ürək-damar xəstəliklərinin profilaktikası üçün vacibdir.
"Çovdar çörəyi fosfor baxımından zəngindir, bu da sümükləri və dişləri möhkəmləndirir.
Bundan əlavə, onun tərkibində dəmir, kalsium, selen, natrium və faydalı yağ turşuları var.