Arıqlamağa mane olan əsas amil

07.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Xroniki yuxu çatışmazlığı və keyfiyyətsiz istirahət arıqlama prosesinə mənfi təsir göstərə, aclıq hissini və şirniyyata olan istəyi artıra bilər”.

“Cebheinfo.az” xəbər verir ki, “Olympus Clinic MARS”ın endokrinoloqu Aleksandr Farmanov bu barədə “Gazeta.Ru”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, aclıq və toxluq hissi əsasən qrelin və leptin hormonları vasitəsilə tənzimlənir:

“Qrelin beyinə aclıq siqnalı göndərir, leptin isə toxluq hissinin formalaşmasında iştirak edir. Yuxusuzluq bu hormonal tarazlığı poza və insanın normal pəhriz saxlamasına baxmayaraq daha tez-tez yemək istəməsinə səbəb ola bilər.

Bundan əlavə, yuxu çatışmazlığı qida seçimlərinə də təsir göstərir. Belə ki, insan daha çox şirniyyata, nişastalı və yüksək kalorili qidalara meyil edə bilər. Enerji çatışmazlığı isə özünənəzarəti zəiflədir və qəlyanaltıları daha cəlbedici edir”.

O qeyd edib ki, keyfiyyətli yuxu üçün yalnız kifayət qədər vaxt ayırmaq deyil, həm də yataq otağında uyğun şərait yaratmaq vacibdir:

“Pəncərədən daxil olan işıq, kənar səslər, havasızlıq və narahat yataq yuxunun keyfiyyətini aşağı sala bilər”.

Qeyd edək ki, bundan əvvəl Nyu-York Universitetinin alimləri də gecə yuxusunun müddətindən asılı olmayaraq daha erkən yatmağın arıqlamağa kömək edə biləcəyi qənaətinə gəliblər.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью