Arıqlamağın ən asan yolu: İsveç möcüzəsi Nadir resept | Icma.az
Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsveç diyetası 6 gündən az saxlanılmayan, maksimum 13 gün çəkən diyeta növüdür.
Teleqraf.com xəbər verir ki, İsveç diyetası dünyada "Riqşospitalet diyetası" kimi tanınır. 3 ayın içində diyeta yenidən təkrarlanmalıdır.
Gündə ən azı 2 litr su içilməlidir. Eyni gün ərzində axşam və günorta yeməklərinin vaxtını dəyişdirmək olar.
Diyeta üçün nəzərdə tutulmuş siyahı problemlərə yol açsa, 6 gün həyata keçirib, 3 ay sonra yenidən 6 gün saxlamaq olar.
Diyeta göstərilən qaydaya uyğun həyata keçirilsə 13 gün ərzində 5-15 kiloqram arıqlamaq mümkündür.
İsveç diyetasının qaydaları: I günSəhər: 1 fincan qəhvə, 1 ədəd qəndGünorta: 2 ədəd yumurta, 1 boşqab pörtlədilmiş ispanaq, 1 pomidorAxşam: 1 ədəd zeytun yağında hazırlanmış bifşteks (200 qrama qədər) və limon sıxılmış 1 boşqab göyərti salatı II günSəhər: 1 fincan qəhvə, 1 ədəd şəkərGünorta: 1 dilim kolbasa, 100 qram qatıqAxşam: 1 ədəd bifşteks (200 qr), göyərti və qatıq III günSəhər: 1 fincan qəhvə, 1 ədəd qənd, 1 dilim qızardılmış çörəkGünorta: Pörtlədilmiş ispanaq, 1 ədəd pomidor, bir ədəd meyvəAxşam: 2 ədəd yumurta, 1 dilim kolbasa, göyərti salatı IV günSəhər: 1 fincan qəhvə, 1 ədəd qənd, 1 dilim qızardılmış çörəkGünorta: 1 ədəd soyutma yumurta, 1 rəndələnmiş yerkökü, 25 qram yağsız pendirAxşam: 2 dilim portağalın şirəsi, 100 qram qatıq V günSəhər: 1 ədəd böyük rəndələnmiş yerkökü (limonlu)Günorta: Soyutma balıq (200 qram, limonlu və zeytun yağında)Axşam: 1 ədəd bifşteks (200 qram), salat, brokkoli VI günSəhər: 1 fincan qəhvə, 1 ədəd qəndGünorta: 2 ədəd soyutma yumurta, 1 ədəd böyük rəndələnmiş yerköküAxşam: Dərisi soyulmuş soyutma toyuq (200 qram), salat VII günSəhər: Şəkərsiz çaygünorta: Qrildə bişmiş ət (200 qram) və təzə meyvəAxşam: Heç nə VIII günSəhər: 1 fincan qənd, 1 ədəd qəndGünorta: 2 ədəd soyutma yumurta, 1 boşqab pörtlədilmiş ispanaq, 1 ədəd pomidorAxşam: 1 ədəd bifşteks (200 qram), zeytun yağında və limonlu salat IX günSəhər: 1 fincan qəhvə, 1 ədəd qəndGünorta: 1 dilim kolbasa, 100 qram qatıqAxşam: 1 ədəd bifşteks (200 qram), göyərti salatı, 1 ədəd meyvə X günSəhər: 1 fincan qəhvə, 1 ədəd qənd, 1 dilim qızardılmış çörəkGünorta: Pörtlədilmiş ispanaq, 1 ədəd pomidor, 1 ədəd meyvəAxşam: 2 ədəd soyutma yumurta, 1 dilim kolbasa, göyərti salatı XI günSəhər: Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd, 1 dilim qızardılmış çörəkGünorta: 1 ədəd soyutma yumurta, 1 ədəd rəndələnmiş yerkökü, 25 qram yağsız ağ pendirAxşam: 2 dilim portağalın şirəsi, 100 qram qatıq XII günSəhər: 1 ədəd böyük rəndələnmiş yerkökü (limonla)Günorta: Yağsız soyutma balıq (200 qram, limonda və kərə yağında)Axşam: 1 ədəd bifşteks (200 qram), salat və brokkoli XIII günSəhər: 1 fincan qəhvə, 1 ədəd qəndGünorta: 2 ədəd soyutma yumurta, 1 böyük rəndələnmiş yerköküAxşam: Dərisi soyulmuş soyutma toyuq (200 qram) və 1 ədəd böyük rəndələnmiş yerkökü.Saglamolun.Az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu