Arıqlamağın faydaları. 5 XƏSTƏLİKDƏN qorunacaqsınız! | Icma.az
Icma.az, Saglamolun saytına istinadən bildirir. Bədən çəkisinin normal olması insanın sağlamlığında olduqca böyük rol oynayır.
Məhz bu səbəbdən bir çox xəstəliklərin əsas profilaktik tədbirlərindən biri bədən çəkisini normada saxlamaqdır.
Artıq çəkidən azad olmaqla siz özünüzü bir çox ciddi xəstəliklərdən qoruya bilərsiniz: - Ürək-damar sistemi xəstəlikləri.
Artıq çəkisi olan insanlarda normal çəkisi olan insanlarla müqayisədə ürə-damar sistemi xəstəliklərinin riski 3-4 dəfə çoxdur.
Belə insanlarda ürək böyük gərginliyə məruz qalır və bu ürəyin daha tez yaşlanmasına, ürəkdə müxtəlif pozulmaların əmələ gəlməsinə səbəb olur.
Bu səbəbdən artıq çəkidən azad olmaqla bu xəstəliklərinin riskini xeyli azaltmaq mümkündür.
Nəzərə almaq lazımdır ki, bütün dünyada ürək-damarsistemi xəstəlikləri ölümün əsas səbəbi sayılır. - Şəkərli diabet.
Statistika göstərir ki, 2-ci tip şəkərli diabeti olan insanların 90%-də artıq çəki var.
Tam oxu
Xəbəri oxu