Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çəki atmaq istəyənlərin qarşılaşdığı ən böyük çətinliklərdən biri arıqlama ilə bağlı geniş yayılmış miflər və yanlış məlumatlardır.
Redaktor.az xəbər verir ki, bu miflər müvəqqəti nəticələr əldə etməyə səbəb olur, amma nəticədə çəkilər yenidən geri qayıdır.
Bəs nəyi yanlış edirik? "Az yesən, daha arıq olarsan" - Çox sərt məhdudiyyətlər, bədənin maddələr mübadiləsini zəiflədir və bədən "qənaət re
Nəticədə, bədən hər qramı ehtiyatda saxlamağa başlayır, bu da çəki artımına gətirib çıxara bilər.
"Yağlar bədən üçün təhlükəlidir" - Əslində, "Omega-3" və "Omega-6" yağ turşuları piylərin parçalanmasını sürətləndirir və bu yağların çatışmazlığı, hormon balansını pozaraq, əzələ tonusuna təsir edə bilər.
"Superqidalar piyləri əridir" - Goji giləmeyvəsi və spirulina kimi məhsullar, arıqlama üçün lazım olan kalori defisitini əvəz etmir.
Bunlar, marketinq hiylələridir və əsas prinsiplərdən biri, enerjinin sərf ediləndən az olmasıdır.