Arıqlamaq üçün az yemək şərt deyil: diyetoloq sirri açıqladı

12.08.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bu barədə diyetoloq Eliza Harlou Yahoo-ya müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, bunun üçün rasiona böyük həcmdə, lakin aşağı kalorili qidalar daxil etmək lazımdır. Bu üsul ümumi kalori qəbulunu azaltmağa kömək edir və nəticədə çəki itkisinə şərait yaradır.

O bildirib ki, "həcmli qidalanma" adlandırılan bu yanaşma insanları daha çox meyvə və tərəvəz yeməyə təşviq edir. Onun fikrincə, bir çox insan gündəlik rasionunda bu məhsulları kifayət qədər istehlak etmir.

Diyetoloq qeyd edib ki, bu üsul kalori saymadan da arıqlamağa kömək edə bilər. Bu isə kalori hesablamasını çətin və stressli hesab edən insanlar üçün əlverişli seçimdir.

Bununla belə, mütəxəssis xəbərdarlıq edib ki, həcmli qidalanma zamanı yağların qəbulu azala və ya tamamilə məhdudlaşa bilər. Buna görə də sağlam yağ çatışmazlığını qoz-fındıq, toxumlar və avokado ilə kompensasiya etmək vacibdir.

"Bu məhsullar ümumi sağlamlıq üçün faydalıdır. Onların tərkibində beyin, ürək, gözlər, oynaqlar və immun sisteminin sağlamlığını dəstəkləyən omeqa-3 yağ turşuları var", – deyə Harlou vurğulayıb.

Diyetoloqun sözlərinə görə, bu qidalanma prinsipinə əməl edənlər üçün çiy tərəvəz və humus, giləmeyvələr, popkorn, kəsmik və meyvələr yaxşı qəlyanaltı seçimləri ola bilər. O, həmçinin tərəvəzləri bütün yeməklərə əlavə etməyi, məsələn, omletə ispanaq qatmağı, isti yeməklərdə isə spagetti və düyünün bir hissəsini balqabaq və gül kələmi ilə əvəz etməyi tövsiyə edib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью