Aris in rəsmisi Araz Naxçıvan la görüşü dəyərləndirdi: Çətin səfər matçı olacaq

13.07.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yunanıstanın “Aris” klubunun meneceri Georgios Ququlias Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçiriləcək görüşlə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, klub rəsmisi “Novasports”a açıqlamasında bunları deyib:

"Azərbaycanda baş tutacaq ilk oyuna köklənmişik. Çətin səfər matçı olacaq. Qarşıda bizi uzun yol gözləyir. Amma hazır olacağıq, hər şeyimizi verəcəyik və hər iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlməyə çalışacağıq".

 Xatırladaq ki, “Araz-Naxçıvan” – “Aris” matçları iyulun 24-ü və 31-də keçiriləcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью