Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 31 avqust, AZƏRTAC
ABŞ-nin Arizona ştatının Böyük Kanyon ərazisində baş verən daşqından sonra 15 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Milli Park Xidməti məlumat yayıb.
Bildirilib ki, Xidmət avqustun 29-da baş verən şiddətli daşqından sonra itkin düşdüyü ehtimal edilən 15 nəfərlə bağlı ictimaiyyətdən məlumat istəyir.
“NBC News” isə hakimiyyət orqanları tərəfindən daşqının ziyan vurduğu ərazilərdən 62 nəfərin təxliyə edildiyini, eyni zamanda, zərərin qiymətləndirilməsi ilə bağlı işlərin aparıldığını yazıb.