Arka sokaklar ın aktrisası oğlunun 16 yaşını belə təbrik etdi

30.01.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Aktrisa Qamze Özçelik oğlu Murathan Pektaşla bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə oğlunun fotosunu paylaşaraq onu 16 yaşı münasibətilə təbrik edib.

Aktrisa övladının şəkilinə "Allah sənə bu dünyada və axirətdə gözəlliklər gətirsin" şərhini də əlavə edib.

Qeyd edək ki, Murathan Pektaş Qamzenin Uğur Pektaş ilə evliliyindən dünyaya gələn oğludur.

Qamze Özçelik hazırda Reşad Striklə evlidir. Cütlük tez-tez xeyriyyə işləri ilə gündəmə gəlirlər.

Məlumat üçün bildirək ki, Qamze Özçelik uzun illər "Arka sokaklar" serialında çəkilib. O birinci həyat yoldaşı Uğur Pektaş ilə orada tanış olaraq ailə qurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью