Arka Sokaklar ın aktyorundan məyusedici xəbər FOTO

27.01.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin tanınmış teatr və kino aktyoru Əli Tutalın vəziyyəti kəskin pisləşib.
Demokrat.az saytı xəbər verir ki, 76 yaşlı sənətkar evində qəfildən huşunu itirərək yıxılıb və təcili yardımla xəstəxanaya çatdırılıb. Müayinələr zamanı aktyorun beyninə qan sızdığı məlum olub. Vəziyyəti ağırlaşan sənətkar dərhal reanimasiya şöbəsinə yerləşdirilib və nəfəs alması çətinləşdiyi üçün süni tənəffüs aparatına qoşulub.
Ötən ilin mart ayında da ürək problemləri ilə xəstəxanada müalicə alan aktyorun hazırkı durumu həkimlər tərəfindən kritik qiymətləndirilir.
Əli Tutal Azərbaycan tamaşaçısının da yaxından tanıdığı bir çox məşhur ekran işlərində, o cümlədən "Geniş Ailə", "Arxa Sokaklar" və "Yasak elma" kimi layihələrdə yaddaqalan obrazlar canlandırıb. O, həmçinin dublyaj sahəsində də peşəkar fəaliyyəti ilə tanınan simalardan biridir.
Qeyd edək ki, Əli Tutal həm də Türkiyə kinosunda bölgə ləhcələrinin səsləndirilməsi üzrə ən təcrübəli mütəxəssislərdən biri hesab olunur.
Kənan
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью