“Arka Sokaklar”da gözlənilməz ayrılıq 19 ildən sonra seralı vida etdi

30.07.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin uzunömürlü televiziya layihələrindən biri olan "Kanal D"də yayımlanan "Arka Sokaklar" serialında daha bir ayrılıq yaşanıb.

BAKU.WS xəbər verir ki, serialın ilk bölümlərindən etibarən "Tunç Güneri" obrazına həyat verən aktyor Kerimhan Duman layihəyə vida edib.

Aktyorun serialda iştirakı 19 il davam edib və bu ayrılıq həm ekran arxasında, həm də izləyicilər arasında duyğusal qarşılanıb.

Qeyd edək ki, "Arka Sokaklar" serialının 20-ci mövsüm çəkilişlərinə avqustun ikinci həftəsində start verilməsi planlaşdırılır.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью