Arka Sokakların yeni seriyası nə vaxt yayımlanacaq?

28.12.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Türkiyənin ən uzunömürlü serialı "Arka Sokaklar" dünən gecə də yayımlanmayıb.

Milli.Az xəbər verir ki, buna səbəb RTÜK-ün tətbiq etdiyi qadağa müddətinin hələ bitməməsidir.

Kanal D "Arka Sokaklar" serialının yerinə sənədli film yayımlayıb. Serialın cəza müddəti 3 yanvar tarixinə qədər davam edəcək.

Ərdoğan irad tutdu, bu məşhur seriallar dayandırıldı: "DEHA", "Arka Sokaklar"... 

RTÜK serialın yayımladığı bəzi səhnələrdə dini inancların yalnız bir qrup və ya şəxsin əlindəymiş kimi göstərilməsi və dövlətin hüquq-mühafizə orqanlarına qarşı təhdidkar ifadələrin yer almasını yayım prinsiplərinə zidd hesab edib. Bu səbəblə Kanal D-yə inzibati cərimə ilə yanaşı, serial üçün də yayımdan dayandırma cəzası tətbiq olunub.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью