Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Arktikada bir ada tamamilə yoxa çıxıb, Maldiv adaları isə...
Uzun müddətdir ki, yoxa çıxan buzlaq adaları problemi mövcuddur.
Belə ki, 1823-cü ildən etibarən Sibir xəritələrində Laptevlər dənizində Vasilyevski və Semyonovski adaları qeyd olunmuşdu, lakin yüz ildən sonra onlar sualtı dayazlıqlara çevrilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Arktikada Frans-İosif torpağı arxipelaqında yerləşən və tamamilə buzdan ibarət olan Mesyatsev adası artıq mövcud deyil.
Bu ada 1995-ci ildən əvvəl Eva-Liv adasından buzlaqların əriməsi nəticəsində ayrılaraq qlobal istiləşmənin təsiri altında tamamilə yox olub.
Arktik bölgələrdə iqlim dəyişikliyi xüsusilə sürətlə baş verir, bu da buzlaqların sürətlə əriməsinə və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.
Alimlər hesab edirlər ki, Mesyatsev adası iqlim dəyişikliyinin potensial qurbanlarından yalnız biridir.
Adanın yoxa çıxmasını təsdiq etmək və dəniz dibindəki mümkün dəyişiklikləri öyrənmək üçün əlavə tədqiqatlar aparılması planlaşdırılır.