Arktikada buzların sürətli əriməsi fəlakət riskini artırır

27.02.2026

Icma.az, Reyting.az saytına istinadən bildirir.

Arktikada buzlaqların sahəsi 1980-ci ildən sonra hər onillikdə orta hesabla 12,2 faiz azalır. Tədqiqatçıların fikrincə, əgər mövcud tendensiya belə davam edərsə, 2050-ci ilə qədər region yay aylarında buzsuz qala bilər.

Reyting.az xəbər verir ki, buzların əriməsi Şimal Dəniz Yoluna marağı artırıb. Bu marşrut isə Asiya ilə Şimali Avropa arasındakı daşımaları Süveyş kanalı vasitəsilə təxminən 20 gün sürətləndirəcək və məsafəni 40 faiz qısaldacaq.

Mütəxəssislər bildiriblər ki, Arktika zəngin enerji ehtiyatları, Qrenlandiyadakı nadir torpaq elementləri ilə özünün qlobal ticarətdə, təhlükəsizlikdə, iqtisadiyyatda rolunu getdikcə gücləndirsə də, buz sahələrinin sürətlə əriməsi qlobal iqlim dəyişikliyinə təsir etməklə, çox böyük təbii fəlakətlərə səbəb ola bilər.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью