Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya və Çin Arktikada öz mövcudluğunu artıraraq NATO-nun dənizdə və sualtı müstəvidə imkanlarına necə qarşı dura biləcəklərini araşdırırlar.
Redaktor.az xəbər verir ki, bu barədə NATO qüvvələrinin Avropadakı ali baş komandanı general Aleksus Qrinkeviç İsveçdə keçirilən milli təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin Arktikada birgə patrullaşmanı gücləndirərək fəaliyyət coğrafiyasını Rusiyanın şimal sahillərindən Alyaskanın şimalına və Kanada yaxınlıqlarına qədər genişləndirir.
“Bu fəaliyyət sülh məqsədi daşımır. Onlar suitiləri və ağ ayıları öyrənmirlər. Batimetrik tədqiqatlar aparır və NATO-nun dənizdə və sualtında imkanlarına necə qarşı dura biləcəklərini müəyyən etməyə çalışırlar. Bu proses çox sürətlə inkişaf edə bilər və biz bunu nəzərə almalı, buna hazır olmalıyıq”, — deyə general vurğulayıb.
Bununla belə, Qrinkeviç əlavə edib ki, Rusiya və Çinin bu addımlarını NATO ərazisi üçün birbaşa təhlükə hesab etmir.
Aytəkin TOFİQQIZI