Armando Mema: “Ukraynadakı müharibəni dayandırmaq...”

25.03.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Finlandiyanın milli-mühafizəkar Azadlıq İttifaqı Partiyasının üzvü Armando Mema Avropa İttifaqının (Aİ) Ukraynada diplomatik həll yoluna diqqət yetirmədiyini, əksinə, özünün yenidən silahlanması üçün vaxt qazanmaq məqsədilə buradakı münaqişəni uzatmağa çalışdığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, "Aİ diplomatik həll üçün deyil, Ukrayna xalqının ziyanına müharibəni necə davam etdirəcəyi və özünün yenidən silahlanması üçün necə vaxt qazanacağı üzərində işləyir", - deyən siyasətçi Avropa Müdafiə komissarı Andrius Kubiliusün Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün daha 2 000 raketə ehtiyacı ola biləcəyi barədəki açıqlamasını şərh edib.

Bundan əlavə, o, Aİ-nin "çox sayda nüvə dövlətinin artıq müharibə vəziyyətində olması faktından heç də narahat görünmədiyini, bunun onlar üçün ən kiçik bir narahatlıq mənbəyi olmadığını" vurğulayıb.

"Ukraynadakı müharibəni dayandırmaq nüvə münaqişəsinin qarşısını almaq üçün təxirəsalınmaz zərurətdir. Lakin buna baxmayaraq, onlar təkəbbürlü və hörmətsiz diplomatiya yürüdürlər.

Rusiya danışıqlar təklif etdi, lakin Qərb liderləri bunu istəmir. Uzunmüddətli perspektivdə Ukrayna vasitəsilə Rusiyaya strateji məğlubiyyət yaşadacaqlarına ümid edirlər", - deyə o bildirib.

Xatırladaq ki, Kubilius daha əvvəl Ukraynaya təmin edilən "Patriot" hava hücumundan müdafiə sistemlərinin Rusiya ballistik raketlərinə qarşı effektivliyini itirdiyini qeyd etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью