“Armani” 3,5 milyon avroluq cərimələndi

01.08.2025

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İtaliyanın bazar rəqabət qabiliyyətinə nəzarət orqanı (“Antitrust”) modelyer Corco Armaninin şirkətini 3,5 milyon avro cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Tənzimləyicinin müvafiq bəyanatında göstərildiyi kimi, “Armani” brendi altında bir neçə xəttin istehsalı ilə məşğul olan şirkət “sosial məsuliyyət və etika məsələlərində çaşdıran” qeyri-şəffaf ticarət siyasəti aparır.
Bu, xüsusilə, sifariş əsasında işləyən muzdlu və köməkçi müəssisələrdə işçilərin hüquqlarının təminatlarına aiddir.
Qeyd edək ki, daha öncə “Giorgio Armani S. p. A.” tərəfindən idarə olunan “Armani Operations” şirkəti bir sıra məhsul növlərinin istehsalının təşkilində əməyin istismarında şübhəli bilinib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью