Armen Qriqoryan Böyük Britaniyaya səfir göndərilir

13.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilən Armen Qriqoryana diplomatik vəzifə veriləcək.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” nəşri yazıb. 

Məlumatda qeyd edilir ki, Armen Qriqoryan Ermənistanın Böyük Britaniyadakı səfiri təyin olunacaq. 

Xatırladaq ki, Ermənistan parlamentinin sabiq sədri Alen Simonyan Təhlükəsizlik Şurasının katibi təyin edilib. 

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью