Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“İqtisadi baxımdan TRIPP layihəsinin tətbiqi Ermənistanda çoxsaylı biznes imkanları yaradacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohada keçirilən 23-cü Forumda panel müzakirəsi zamanı bildirib: "Regiondakı bir çox mal və xidmət axını Ermənistandan keçəcək.
Əminik ki, bu, daha ucuz olacaq, Ermənistan vasitəsilə mal və xidmət daşımaqda maraqlı olan bizneslər üçün daha çox imkanlar yaradacaq.
Bu, çox müsbət təsir göstərəcək. Biz hələ də regional əlaqələri açmağa hazır deyilik, amma çox vacib, müsbət inkişaf artıq baş verib”.
O, Azərbaycanın Ermənistana daxil olan malların hərəkətinə qoyulan qadağanı ləğv etməsini misal gətirib: "Ermənistan da bildirib ki, ərazimiz Azərbaycan üçün malların daşınmasında istifadə edilə bilər.
Bu, bir çox iqtisadi imkanlar yaradacaq və regional blokada qaldırıldıqdan sonra Ermənistan və Azərbaycanda malların daha da ucuzlaşacağı aydındır.
Son üç-dörd il ərzində Ermənistanda adambaşına düşən ÜDM-i ikiqat artırdıq.