Armen Qriqoryan NATO rəsmisi ilə Ermənistan Azərbaycan münasibətlərini müzakirə edib

17.04.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə NATO Baş katibinin şəxsi ofisinin rəhbəri Cefri van Liven ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər.

Məlumata görə, Cefri van Liven Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb və müqavilənin imzalanmasına yönəlmiş səylərin vacibliyini qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью