Armen Qriqoryan PAŞİNYANDAN KÜSÜB KONKRET

14.08.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan gözlənilmədən vəzifədən azad edilməsindən narazı qalıb və Baş nazir Nikol Paşinyanın onu dövlət idarəetmə sistemində saxlamaq cəhdini qəbul etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Qriqoryan Paşinyanın onu baş nazirin müşaviri vəzifəsinə təyin etmək təklifindən də imtina edib.

Qəzet qeyd edir ki, hakim komanda üçün də Paşinyanın “məxməri inqilab”ın əsas simalarından biri olan Qriqoryanı vəzifədən uzaqlaşdıraraq onun yerinə parlamentin keçmiş spikeri Alen Simonyanı gətirməsi gözlənilməz olub.

Məlumata görə, bu məsələ hakim komanda daxilində əvvəlcədən müzakirə edilməyib. Hətta Simonyanın müəyyən müddətə siyasi səhnədən uzaqlaşacağı ilə bağlı mövqeyi də olub.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью