Armen Qriqoryan regional infrastrukturun inkişafı üzrə layihələri Aİ rəsmisinə təqdim edib

02.02.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Baş katibinin siyasi məsələlər üzrə müavini Olof Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA “Armenpress”ə istinadən xəbər verir ki, tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın ardıcıl inkişafını və genişlənməsini məmnuniyyətlə vurğulayıblar, eləcə də Ermənistan-Aİ hərtərəfli gündəliyindəki bir sıra məsələləri müzakirə ediblər, eyni zamanda, Avropa Sülh Fondu tərəfindən Ermənistana ikinci yardım tranşının verilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı Təhlükəsizlik Şurasının katibi Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində regional əlaqə və infrastrukturun inkişafı üçün həyata keçirilən proqramları təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью