Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Armenian Airlines" uçuşları dayandırır.
Bakıvaxtı.az "News.am"a istinadən xəbər verir ki, aviaşirkət 2021-ci ilin fevral ayında təsis edilib.
Şirkət Ermənistanın keçmiş milli aviadaşıyıcısı olan "Armenian Airlines" (2020-ci ildə ləğv edilib) ilə eyni adı və loqotipi daşısa da, bu özəl şirkətin dövlətə məxsus olan milli aviadaşıyıcı ilə heç bir əlaqəsi yoxdur.
Şirkət 2022-ci ildə Hava Operatoru Sertifikatını (AOC) alıb, uçuşlar isə 2023-cü ildı başlayıb. Aviaşirkət 2023-2025-ci illərdə "Airbus A321" təyyarələrini istismar edib. 2025-ci ildə operator donanmanın yenilənməsi və yeni təyyarələrin alınması səbəbindən aprelin 7-dən etibarən uçuşları müvəqqəti olaraq dayandıracağını açıqlayıb.
Aviadaşıyıcının uzun müddət təyyarəsi olmayıb, buna görə də Mülki Aviasiya Komitəsi onun fəaliyyətini 6 ay müddətinə dayandırıb. 2025-ci ilin payızında, şirkət yenidən tələbləri yerinə yetirdikdən sonra Mülki Aviasiya Komitəsi onun fəaliyyətini bərpa etmişdi.
Gülşən Şərif