Arnautoviç İtaliyanı İspaniyaya dəyişir Danışıqlar başladı

06.12.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya "İnter"inin hücumçusu Marko Arnautoviç karyerasını İspaniyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "La Colina de Nervion" yayıb.

Xəbərə görə, "Seviyla" klubu avstriyalı ilə yaxından maraqlanır. Sövdələşmə yanvarda baş tuta bilər. Əndəlus klubunun nümayəndələri artıq "İnter" və 35 yaşlı futbolçunun nümayəndəsi ilə müzakirələr aparır. 

Marko Arnautovic bu mövsüm Simone İnzaqinin komandasında 8 matça çıxıb kib, bunun cəmi ikisi start heyətdə baş tutub. Təcrübəli forvard bu görüşlərdə 1 qol vurub. Futbolçunun "neradzurri" ilə hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью